L.Stroll 5-ci yerə razıdır

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Mühəndislər Kubokunda beşinciliyi qorumaq böyük uğur olar.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü karyerasının ilk mövsümündə bəzən yaxşı performans göstərmiş və Azərbaycan Qran Prisində podiuma yüksəlsə də, tənqidlərdən canını qurtara bilməmişdi.

Ləns Stroll: “Ümid edirəm ki, daha yaxşı bolidimiz olar və hər şey istədiyimiz kimi gedər. Amma bilirik ki, işlər asan olmayacaq. Formula1-də hər şeyə hazır olmalısınız. Orta qrupdakı mübarizə çətindir. Force İndia üstündür və keçən il həm sıralanma turunda, həm də yarışda onluğa düşə bilmişdilər. Biz də onlar kimi stabil performans göstərməliyik. Bundan başqa McLaren və Renault arxadan gəlirlər. Məncə, bu il üçün 18-ci yer yaxşı nəticə olar. Sergey ilə bir yerdə əlimizdən gələni edərək boliddən maksimum faydalanmaq istəyirik. Ümid edirəm ki, hər şey yaxşı olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*