L.Sassi Ferrari-yə kələk gəlib?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Lorentso Sassi Mercedes-lə çoxdan müqavilə bağlayıbmış.

F-1.az xatırladır ki, Ferrari-nin baş motorçusu Sassi yayda “qırmızılar”ın heyətindən ayrılmış və sonradan məlum olmuşdu ki, Mercedes-ə transfer olunub. Beləliklə, Lorentso Aldo Kosta və Ceyms Əllisondan sonra Ferrari-dən “gümüş oxlar”ın heyətinə keçən növbəti mühəndis olub.

Helmut Marko: “O, Mercedes-lə çoxdan müqavilə bağlamışdı. Amma məcburi gözləmə müddəti, məncə, hələ bitməyib. O, hamının istədiyi adamdır və başqa istehsalçılar da ona təkliflər göndərmişdilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*