F-1.az xatırladır ki, Williams komandası əvvəldən bildirmişdi ki, amerikalı sürücü lazımi xalalrı toplasa, ona superlisenziya veriləcək. Buna görə də, gənc sürücü Formula2-dəki mövsümü beşlikdə bitirməli idi. Əbu Dabi yarışdan sonra Loqan turnir cədvəlində dördüncü yerdə qərarlaşmış və superlisenziya almışdı.
Loqan Sarcent: “Həftəsonu başlayanda üzərimdəki təzyiq böyük idi. Lakin vəziyyətin fərqində idim.
Döedüncü gün trasa gələndə özümü yaxşı hiss etdim və düşündüm ki, həftəsonu yaxşı keçəcək. Ondan sonra üzərimdə təzyiq azaldı və əlimizdən gələni etdik”.