L.Sarcent: Hər şeyin bitdiyini düşündüm

Williams komandasının sürücüsü Loqan Sarcent bildirib ki, 2021-ci ildən sonra avtoidman karyerasının bitəcəyini düşünüb.

F-1.az xatırladır ki, amerikalı sürücü 2020-ci ildə Formula3-də komanda yoldaşı Oskar Piastriyə 3 xal uduzaraq, mövsümü ikinci yerdə bitirmişdi.

O, 2021-ci ildə Charouz komandasına keçmiş və burada bir qələbə qazanaraq, mövsümü 7-ci yerdə bağlamışdı. Bundan gənc Loqanın çətin günləri başlamış və özünə sponsor tapa bilməmişdi.

Loqan Sarcent: “O nöqtədən sonra xəyalımın tükəndiyini düşündüm. Buna o qədər inanmışdım ki, LMP ya da İndyCar-a gedəcəyimi düşünürdüm. O vaxt reallıq belə idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*