L.Sarcent gələn il rəsmən F1-də yarışacaq

Formula2 sürücüsü Loqan Sarcent mövsümün son yarışından sonra Formula1-ə girmək üçün lazımi xalları toplayıb.

F-1.az xatırladır ki, amerikalı sürücü Əbu Dabidəki son yarışda 5-ci olub və çempionatda dördüncü yeri tutub.

Bu il Williams komandası ilə məşqlərdə iştirak edən və Formula2-də insident yaşamadan mövsümü bitirən 21 yaşlı pilota bonus xallar verilib. Nəticədə o, son yarışdan 40 xalla ayrılıb.

Oktyabr ayında Williams komandası bildirmişdi ki, Sarcent superlisenziya alacağı halda gələn il Latifini əvəzləyəcək. Bu isə o deməkdir ki, növbəti mövsümdə peletonda bir amerikalı pilot görəcəyik.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*