L.Sarcent: Gedişatdan razıyam

Amerikada Williams ilə sərbəst yürüşlərdə iştirak edən Loqan Sarcent Formula1-ə bir az da yaxınlaşıb.

F-1.az xatırladır ki, gənc sürücü hazırda Latifinin yerinə ən əsas namizəddir. Lakin onun önündə vacib bir əngəl var. Belə ki, hazırda Formula2-də yarışır və superlisenziya alması üçün mövsümü ilk beşlikdə bitirməlidir. Amerikalı pilot hazırda turnir cədvəlində üçüncü olsa da, ondan arxada olan rəqibləri ona xal olaraq çox yaxındırlar. Əgər Əbu Dabidə pis həftəsonu keçirsə və beşlikdən aşağı düşsə, onda Formula1-dəki karyerası ən az bir il təxirə salınacaq.

Sarcent vətənində ilk dəfə çıxdığı sərbəst yürüşlərdə 19-cu olub və komanda yoldaşı Aleks Elbona 1.9 saniyə uduzub.

Loqan Sarcent: “Düzünü desəm, maşın gözlədiyimdən fərqli idi. Bolid Formula2-dəkinə nisbətən fərqli reaksiya verir. Yüksək sürətdə çox reaktivdir və əylənməsi də inanılmazdır. Bu sessiyadan çox şey öyrəndim. Bu gün trasa çıxanda məqsədim çox şey öyrənmək idi. Yaxşı başladıq. Gedişatdan razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*