F-1.az xatırladır ki, 22 yaşlı sürücü keçən il super lisenziya almaq üçün çoxlu sərbəst yürüşlərdə iştirak etmiş və Formula2-nin son yarışlarında soyuqqanlı davranmışdı. Buna görə də amerikalı sürücü bu il Williams komandası ilə formula1-də debüt edir.
Loqan Sarcent: “Çoxu məndən soruşur ki, “Necədir? Nə qədər sürətli gedirsən?”
Sözün düzü, bu pis sualdır, çünki düzlüklərdə sürətli gedirsiniz, amma bu elə də təsiredici deyil. Yavaşlanma sürəti, əyləclərin nə qədər yaxşı olduğu, döngələrdə nə qədər sürətli olmağınız, asfaltla ilişmə miqdarı, maksimum yükdə bədəninizə tətbiq olunan qüvvət başqa səviyyədir. Bunu təcrübə etmədən anlaq mümkünsüzdür”.