F-1.az xatırladır ki, amerikalı sürücü karyerasının ilk yarışında yaxşı performans göstərərək, 12-ci olub.
Loqan Sarcent: “Həftəsonu ərzində çox şey öyrəndim. Özümü isbatladım və sevincliyəm. Yenə də çətinliklər gözləyirəm. Bu səviyyədə performans göstərmək çətin olacaq. Buna görə də öz üzərimdə işləməyə davam etməliyəm.
Acgözlü olmaq istəmirəm. Həftəsonu yaxşı keçdi. Düzdür, sıralanma turunda ikinci sessiyaya çıxa bilmədiyim üçün məyusam, çünki bolidin potensialına bələdəm. Növbəti yarışda daha güclü olacağam”.