F-1.az xəbər verir ki, Loqanın fikrincə, ABŞ-da bu idmana olan diqqətin artmasında Netflix-də yayımlanan Drive to Survive serialının xüsusi rolu var.
Loqan Sarcent: “Düşünürəm ki, Netflix ABŞ-da F1-in yüksəlişinə mütləq töhfə verib. Hesab edirəm ki, Ostində təşkil edilən Formula1 yarışı həmişə çox yaxşı keçir. Təşkilatçılar çoxlu amerikalı tamaşaçıları cəlb edərək əla iş görürlər, ona görə də yenə də əla həftəsonu olacaq.
Düzü, deyərdim ki, hər şeydən bir az var. Xüsusilə də, yarışlara böyük maraq və tələbatın olmasını qeyd etməliyəm. Netflix kömək etdi, amma düşünürəm ki, ümumiyyətlə insanlar yarışa maraq göstərirlər”.
Xatırladaq ki, bu mövsüm Formula1 təqvimində ABŞ-da rekord sayda – üç yarış baş tutacaq. Çempionatın iştirakçıları artıq Mayamidə olublar, Ostin və Las-Veqasda da yarışlar var – Kazinolar Şəhəri təqvimdə debüt edəcək.