L.Rossi: Qəza edən qovulacaq

Alpine-nin rəhbəri Loren Rossi bildirib ki, Okon və Qasli yaxşı davranmasalar, qovula bilərlər.

F-1.az xatırldır ki, Alpine komandası gələn mövsümdən Okon və Qasli ilə mübarizə aparacaq. Lakin uzun illərdir ki, iki sürücünün arası yaxşı deyil. Düzdür, son dövrlərdə araları düzəlib, amma bu hal nə qədər davam edəcək bilinmir.

Loren Rossi: “Formula1 yüksək səviyyəli idman növüdür və yarış vaxtı bəzi reaksiyalar olur. Əsas odur ki, bunlar komandanın performansına təsir etməsin. Məsələn, keçən mövsüm Braziliyada Okon və Alonsonun insidentinə qədər yarışmalarına icazə verdik. Lakin səbir kasası dolanda onlara məlumat verdik.

Gələn il Okon və Qasli insident yaşasalar, itirən komanda yox onlar olacaqlar. Əksəriyyət onların böyüdüyünü və insident yaşamayacağını düşünür. Onlar bunu göstərməlidirlər. Əks halda qovula bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*