L.Q.Abad: “Komandanın Alonso üçün yaxşı maşın hazırlayacağına inanıram”

McLaren Honda komandasının təcrübəli pilotu Fernando Alonsonun meneceri Luis Qarsiya Abad növbəti mövsümün pilot üçün yaxşı keçəcəyinə inandığını bildirib.

F-1.az xatırladır ki, 2015-ci il mövsümü uzun fasilədən sonra yenidən birləşən McLaren və Honda üçün olduqca uğursuz keçib. Komanda yekunda 27 xal toplayaraq yalnız Manor-u üstələmiş və 9-cu olmuşdu. Amma bir çox mütəxəssis komandanın növbəti mövsümdə olduqca güclü olacağını düşünür.

Luis Qarsiya Abad: “Fernando hələ də ən yaxşı pilotdur. Mövsümöncəsi testlərə qədər dəqiq söz demək mümkün deyil. Amma hesab edirəm ki, maşınımız keçən illə müqayisədə daha yaxşı olacaq. Mövsümün yaxşı keçməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Menecer Alonsonun peşəkar velosiped komandası qurmaq istəməsi məsələsinə də toxunub: “Bu il reallaşmayacağından əminik. Şərtlər bizə uyğundur, amma hər şey bizdən asılı deyil”.

Menecerin bu sözləri göstərir ki, Alonsonun velosiped komandası qurmaq istəyi davam edir.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*