F-1.az xatırladır ki, britaniyalı sürücü yenilikləri Rusiya yarışında götürmüş və o yarışda xalsız qalmışdı. Lakin gənc pilot Ayfel Qran Prisində sıralanma turunda səkkizinci olaraq qənaətbəxş nəticə göstərib.
Lando Norris: “Yenilikləri anlamaq vaxt alır və buna görə də çətindir. Xüsusilə də bu həftəsonu kimi tək sərbəst yürüş olduqda… Ən yaxşı sazlanmanı tapmaq çətindir. Yeniliklərin çətin tərəfi budur. Lakin yeniliklərlə davam etdiyim üçün xoşbəxtəm. Bunun qarşılığını alıram”.