F-1.az xatırladır ki, McLaren son iki yarışdan sadəcə 2 xal toplaya bilib və əzəli rəqiblər Ferrari-nin 31.5 xal gerisinə düşüb.
Lando Norris: “Braziliyadakı yarış bizim üçün çətin keçdi. Bu həftəsonu isə Formula1 olaraq ilk dəfə Qətərə gedirik. Ümid edirəm ki, daha yaxşı vəziyyətdə olarıq. Səudiyyə Ərəbistanı və Əbu Dabidən əvvəl üçlü yarışın sonuncusuna hazırlaşırıq. Buna görə də bacardığımız qədər yaxşı nəticə almağa çalışacağıq.
Qətər trasını simulyatorda sürdüm. Tras çox sürətlidir və bir neçə əylənmə zonası var. Buna görə də fiziki cəhətdən çətin olacaq. Yeni traslarda sürmək həmişə çətin olur, ancaq sürücülər bu çətinlikləri sevirlər, çünki bacardıqca tez uyğunlaşmalısınız. Həftəsonunu səbirsizliklə gözləyirəm”.