L.Norris yeni reqlamentdən razıdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bəzi traslarda ötmələr çətinləşib.

F-1.az xatırladır ki, keçən il formula1-in idman reqlamenti dəyişilib. Burada əsas məqsəd rəqibi izləmə zamanı çirkli havanı azaltmaq və ötmələri artırmaqdır.

Lando Norris: “Yarışların keyfiyyəti artıb və daha çox həzz verir. Bəlkə də, öndəki boliddən daha sürətli deyilik, amma əvvəllər sürətli olsaq da, heç nə edə bilmirdik. Bütün yarış ərzində qovurduq. Artıq yarışmaq üçün daha çox şansımız var.

Bəzi traslarda ötmə etmək çətinləşib. Artıq hava axımı daha azdır. Heç kim bundan danışmır. Hava axımına səbəb olan şey hava idi. Yarışlarda həzzi artıran şey budur. Belçikadakı yarış ötmə cəhətdən ən pis yarışlardan idi. Çox pis olmasa da, yaxşı deyildi.

Son şikandan əvvəl düzlükdə ötmə edə bilirdiniz. Spa-da pis yarış keçirsək də, yeni reqlamentdən razıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*