F-1.az xatırladır ki, britaniyalı sürücü Red Bull Rinqdəki sıralanma turunda 4-cü olsa da, Bottasın startda 3 yer itirməsi ilə yarışa 3-cü yerdən başlayacaq.
Lando Norris: “Yaxşı sıralanma turu idi. Yekunda 3-cü oldum. Bütün sessiya ərzində özümü boliddə yaxşı hiss elədim. Özümə güvənirdim və getdikcə inkişaf edirdim. Bu da bizə üçüncü yeri gətirdi. Özü də pouldan cəmi 0.2 saniyə geridəyəm. Bizim üçün əla nəticədir. Sabah yaxşı xallar uğrunda mübarizə apara bilərik. Lakin yarış uzundur və xallar orada qazanılır. Görək nə olur”.