F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Bəhreyndə altıncı yeri tutaraq, Formula1 karyerasının ilk xallarını qazanmışdı.
Lando Norris: “Mövsümü başladığımız kimi ardıcıl üç yarışla bitiririk. Bizim üçün çətin olacaq, çünki bir müddət idi ki belə halla qarşılaşmırdıq, ancaq əlimizdən gələni edəcəyik. Türkiyədəki yarış bizim mübarizə apara biləcəyimizi göstərdi. Hər sessiyada yaxşı işləməli və işimizə fokuslanmalıyıq.
Bəhreyndə həmişə təkər-təkərə mübarizələr olur. Xüsusən də üç DRS zonasına görə ötmələr çox olur. Keçən ili xatırlayıram. Ən yaxşı yarışlarımdan biri idi. O vaxt F1-dəki xallarımı qazanmışdım. Ümid edirəm ki, bu həftəsonu da eynisini təkrarlayarıq, çünki son üç yarışa ən yaxşı formada başlamalıyıq”.