L.Norris: Yarışda çox geridə qalırıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, yarış və sıralanma templəri fərqlidir.

F-1.az xatırladır ki, McLaren komandası Fransaya yeniliklərlə gəlmişdi və Norris sıralanma turunda iki Mercedes sürücünün arasına girərək, 5-ci olmuşdu. Lakin Norris yarışda Rassell, Sayns və Alonsonun gerisinə düşərək, 7-ci olub.

Lando Norris: “Startda bir az maşın sürüşdü, amma bu yarışımıza təsir etmədi. Fernando yenə də məni keçərdi. Məncə, maksimum nəticə aldıq. Dünəndən sonra ümidli idik. Çox yaxşı dövrə vurmuşdum. İki Mercedes-in arasında idim və onlar yarışda qələbə üçün mübarizə aparırdılar.

Bu da komandaların yarış və sıralanma tempini göstərir. Sıralanmada bəzi səbəblərə görə öndə olduq. Təkərlər və aşağı yanacaq çəkisi çox şeyi gizlədir. Dolu çən və işlənmiş təkərlərə keçəndə problemlər yaranır və yavaşlayırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*