F-1.az bildirir ki, britaniyalı sürücü azarkeşləri arasında müsabiqə keçirib və bu gün altı yaşlı Evanın dizaynını seçib.
Lando Norris: “Bu dəbilqə Eva tərəfindən dizayn edilib və onun altı yaşı var. Bunu çox sevdim”.
Altı yaşlı Eva dəbilqəni dizayn edərkən Norrisin loqotipinin və bolidinin rəsmini çəkməyə çalışıb. Bundan başqa 21 yaşlı sürücünün adını yazarkən həriflər sığmayıb və sonuncu S hərfini aşağıda yazmalı olub. Dəbilqənin üzərində bir dənə də ürək şəkli var.