F-1.az xatırladır ki, britaniyalı sürücü Barselona yarışına 3-cü yerdən başlasa da, startda Həmiltonun gerisinə düşüb. Lakin 23 yaşlı pilot əks hücumla yerini qaytarmaq istərkən Həmiltonun sol arxa təkərinə toxunub və ön qanadını zədələyib. Bundan sonra pitə gələn Norris yarışı 17-ci yerdə bitirib.
Lando Norris: “Deyəsən yarış insidenti idi. Maks ilk döngədə trasdan çıxdı. Buna görə də ikinci döngədə porebrikin üzərindən atlandı. O anda hamı yavaşladı və mən Lyuisə o qədər yaxın idim ki, əyləcə belə basa bilmədim. Yəni ki, bəxtim gətirmədi, çünki normal vaxtda ikinci döngədə əyləcə basmazsınız.
Lyuis səhv etmədi və o bolidi qəzadan qaçırtdı. Mən bunu bilmirdim. Lyuisin yəkərinə toxundum, amma ona heç nə olmadı. Bəlkə də, bu təmasa görə sürətləndi.
Təmas olmasa belə, onluğa düşə bilməyəcəkdim. Çünki yavaşıq. Bütün mövsüm elə idik. Deyəcək başqa sözüm yoxdur.
Bolidimiz sıralanma turunda fərqli deyildi. Sadəcə şənbə günü xüsusi gün idi. Bəzi yaxşı komandalar çətinlik çəkdi və zəif komandalar ön plana çıxdılar. Buna görə də qəribə gün idi. Sürücülər çox səhv etdilər və biz də bundan faydalandıq.
Bundan başqa bütün mövsüm çox geridə idik və əksər yarışlarda xal almaq üçün mübarizə apardıq. Yarışda da elə oldu. Çətin gün gözləyirdik. İlk 5 ya da 6 komanda kimi sürətli deyilik. Xal qazanmaq üçün tempimiz yoxdur.
Kanadada nə olacağını deyə bilmrəm. Sadəcə yağışın yağması üçün dua edcəm. Bəlkə fərqli bir şey olar. Hazırda buna ehtiyacımız var. İndiki performansımızdan yaxşısını gözləmirik.
Xal almaq üçün əlimizdən gələni edirik. Kanadada xal qazansaq, bizim üçün əla yarış olacaq. Lakin indiki gözləntimiz xal qazanmamaqdır. Sonrakı yenilikləri Silverstouna gətirəcəyik. O vaxta qədər əlimizdən gələnin ən yaxşısını etməliyik. Bu qədər bəsitdir”.