L.Norris startda yer itirəcək

McLaren komandasının sürücüsü Lando Norris yeni daxiliyanma mühərriyini keçdiyi üçün startda 5 yer itirəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü Saxirdəki sıralanma turunda 15-ci olmuşdu. McLaren komandası da onsuz da geridə qaldıqlarını görərək, yeni güc qurğusuna keçməyə qərar veriblər. Beləliklə, həm Saxirdə, həm də Əbu Dabidə üstünlük qazana bilərlər. Buna görə də Norris yeni turbo və daxiliyanma mühərriyinə keçirilib. Amma Norris limiti aşdığı üçün startda yer itirəcək və geriyə düşəcək.

Daha əvvəl Pyetro Fittipaldi də startda yer itirmək cəzası almışdı. Ancaq Norris sıralanma turunda daha öndə olduğu üçün yarışa Fittipaldidən bir pillə yuxarıda başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*