F-1.az xatırladır ki, britaniyalı sürücü Soçidəki yarışa 7-ci yerdən başlayacaq.
Lando Norris: “Sessiya yaxşı keçdi və yarışa başlamaq üçün yaxşı yerdəyik. Sıralanma turunda özümüzü yaxşı hiss etdik və tras bolidimə uyğun idi. Lakin Sinqapiurdakı kimi hər şeyi bir araya gətirə bilmədim. Yenə də xoşbəxtəm. Son sessiyadakı dövrəmdə kiçik səhv etdim, ancaq Maksın cəza alması ilə yarışa yeddinci yerdən başlayacam. Dünənki problemlərdən sonra gözəl işləyən komandaya təşəkkür edirəm”.