F-1.az xəbər verir ki, britaniyalı sürücü Şpiberqdəki həftəsonu ərzində daha da məhsuldar olmağa ümid edir.
Lando Norris: “Kanada Qran Prisi çətin, lakin maraqlı oldu. Yaxşı ötmələrim oldu və trasda xallar uğrunda mübarizə apara bildim. Monrealdan qayıtdıqdan sonra Avstriyadakı mərhələyə hazırlıq üçün simulyatorda işlədim. Red Bull Rinq ən çox sevdiyim traslardan biridir, onunla çoxlu xoş xatirələrim var, xüsusən də podiuma ilk dəfə orada çıxdığım üçün. Hər şeyi daha da maraqlı edəcək sprint yarışı olan həftəsonunu gözləyirik. Perspektivlər ümidverici görünür, ona görə də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Şpilberqdə cari mövsümdə Bakıdan sonra ikinci sprint yarışı keçiriləcək.
Lando Norris cari mövsümdə geridə qalan 8 yarışda 12 xal toplayıb cə komanda yoldaşını 7 xal üstələyir. Çempionatda isə 11-ci yerdədir.