F-1.az xatırladır ki, britaniyalı sürücü gələn ildən etibarən McLaren komandasının şərəfini qoruyacaq.
Lando Norris: “Qəribə olsa da, heç kəsə deyə bilməzdim. Anama deməyə də icazə yox idi. Müqavilə açıqlanana qədər xəbəri olmadı. Amma atam, menecerim və idman müəllimim bilirdi. F2 komandası ilə sağollaşmağa getdim. Bir az qəribə idi. Onlara xəbəri demək istəsəm də, icazə yox idi. Müqavilə açıqlanana qədər hər şeyi gizlətdim”.