F-1.az xatırladır ki, britaniyalı sürücü İmoladakı sıralanma turunun son sessiyasında bariyerlərə çırpılıb və qırmızı bayraqlara səbbə olub. Buna baxmayaraq, o, sıralanma turunda 3-cü yerə yiyələnib.
Lando Norris: “Əlbəttə xoşbəxtəm. Üçlükdəyəm və bu bizim üçün sürpriz oldu. Təkərləri qızdırmağa çalışırdım və pitdən çıxış dövrəmdə limitlərdə sürdüm. Bu pis oldu. Əks halda Şarlı keçə bilərdim. Bunu demək çətindir. Bəlkə, o da nəticəsini yaxşılaşdırardı. Belə bitməsi pis oldu, ancaq sabah üçün yaxşı yerdəyəm.
Bu gün yağış yağmasa, üçlükdə ola bilməzdik. Bu gün maksimum nəticə qazandıq. Hədəfimiz də bu idi”.