F-1.az xəbər verir ki, britaniyalı pilot səhvə yol verməsəydi, Saynsı keçə biləcəyini deyib.
Lando Norris: “Mən çox məmnunam, bizim uşaqlar bu həftəsonu üçün yeni detallar hazırlamaqda əla iş gördülər və onlar dərhal özlərini göstərdilər. Səhər bəzi problemlər var idi, yenilənmiş maşının düzgün işləməsi vacib idi. Üçüncü olmaq üçün əla şansım var idi, lakin səhvə yol verdim.
Son döngəni təmiz keçmək çətindir. Girişində bordürə hücum etdim, maşın bir az sabitliyini itirdi və mən apeksi bir qədər qaçırdım. Əsəbləşdim, elə bildim ki, trasdan çıxdım, ona görə də bir az yavaşladım. Bu mənə üçüncü yer bahasına başa gəldi, amma dördüncülükdən də çox razıyam”.
Qeyd edək ki, Landonun dördüncülüyü hər nə qədər yaxşı nəticə olsa da, yarışda həmin mövqeni saxlamaq heç də asan olmayacaq. McLaren yarış tempində bir çox rəqibinə hələ də uduzur və arxada daha yaxşı maşına sahib xeyli sürücü var…