F-1.az xatırladır ki, Mercedes komandasının sürücüləri yarışın sonlarında Merium təkərlərə keçiblər. Bundan sonra həm Rassell, həm də Həmilton bir dövrədə Lekleri keçərək, Saynsla Norrisə yaxınıaşıblar. Lakin Sayns rəqibi Norrisə DRS verərək, Mercedes sürücülərinin ötməsinə icazə verməyib. Yarışın son 5-6 dövrəsi belə keçib və yekunda Sayns yarışı qazanıb. Norris isə ikinci yeri tutub.
Lando Norris: “Karlos DRS verərək, çox cömərd davrandı. O, mənim yarışıma yardım etdi və mən də ona yardım etdim. Mercedes sürücüləri pitə girəndə bilirdik ki, işimiz çətin olacaq. Xüsusən də, ötməli olduqları bir neçə maşın varkən…
Amma podiumdayıq və ikinci yerdəyik. Onları geridə saxlaya bildik. Hər şeyi etdik. Hətta daha artığını etdik. Çox xoşbəxtəm”.
Corc Rassell yarışın sonlarında qəza edərək, podiumdan olub və yarışı xalsız bağlayıb. Lando Norris rəqibinə görə məyus olduğunu deyib: “Son dövrədə mən də eyni yerdə bariyerlərə çırpıldım. Deyəsən o da mənim kimi etdi, amma onun üçün pis oldu. Rasselə görə məyusam. Çətin yarış idi və bu günün ən sürətlisi o idi.Təbii ki, bu halın yaşanması mənə son döngələrdə kömək oldu. Bir az sakitləşdim.
Oskarın da yaxşı nəticə qazanması ilə komanda olaraq yaxşı xallar qazandıq. Amma Karlos, Şarl, Lyuis və Corc… Hamımız bir-birimizin yarışını çətinləşdirdik”.