L.Norris: Riskə getdim

McLaren komandasının sürücüsü Lando Norris risk aldığını deyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü trasın qurumasından istifadə edərək Soft təkərlərə keçib və karyerasının ilk poulunu əldə edib. Beləliklə, McLaren 2012-ci ilin Braziliya yarışından sonra ilk dəfə poul qazanıb.

Lando Norris: “Özümü əla hiss edirəm. Nə deyim bilmirəm. Dəlisov sessiya idi. Hər şey yaxşı gedirdi və sonda quru hava təkərinə keməyə qərar verdik. Poul qazanana qədər bacaracağımıza inanmasaq da, indi həzz alıram. Komandaya da təşəkkür edirəm. Əla işlədilər.

Özümü tərifləməyəcəm, amma çox çətin idi. Əvvəlki dövrədə iki saniyə geri qaldım. Zaman nəticəmi yaxşılaşdıra biləcəyimə inanmırdım. Lakin təkərləri qızdırdım və son dövrə üçün hazırladım. Riskə getdim və qarşılığını aldım. Buna görə xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*