F-1.az xatırladır ki, Rikaardo ilk yarışın 3-də Norrisdən geridə qalıb. Avstraliyalı sürücü sonuncu İspaiya yarışında finişə komanda yoldaşından əvvəl çatıb.
Lando Norris: “Ona görə məyus deyiləm. Kobud görünmək istəmirəm, amma ona simpatiyam yoxdur. McLaren-ə gəlmək onun qərarı idi. Komanda dəyişdirmək sürücülərin qərarıdır. Yaxşı performans göstərmək də. Bu, ondan asılıdır. Ona kömək etmək və ya onu yaxşı hiss etdirmək mənim işim deyil, öz işidir. Əvvəl-axır yaxşı performans göstərəcək, lakin çətinlik çəkən adama simpatiya duya bilmərəm”.