F-1.az xatırladır ki, iki sürücü 2021 və 2022-ci illərdə komanda yoldaşı olublar. Lakin Daniel Rikkardo ilin sonunda McLaren ilə yollarını ayırır.
Lando Norris: “Daniel ilə işləmək üçün çox darıxacam. Onunla işləyəndə həm gülürəm, həm də çox şey öyrənirəm. Komanda yoldaşının dəyişməsi pis ya da yaxşı şey deyil, amma böyük hadisədir. Komandadan birinin ayrılması həmişə məyus edir.
Komanda yoldaşlarımla münasibətlərim həmişə yaxşı olub. Buna görə də onlarla həmişə yaxşı işləyirəm. Danieli tanıyırsınız. Onu hamı sevir. Komanda yoldaşım olması üçün darıxacam, amma özü üçün darıxmayacam, çünki gələn paddokda olacaq”.