F-1.az xatırladır ki, britaniyalı sürücü Azərbaycandakı sprint yarışında fərqli strategiya seçərək, Soft təkərləri götürüb. Bu təkərlər tez yeyildiyi üçün isə gerilərə düşüb.
Lando Norris: “Sprint yarışı bizim üçün yaxşı keçmədi. Qumar oynadıq və düşündük ki, Soft təkərlər dözər, amma alınmadı. Pitə gəlməli oldum və belə qısa yarışda itirilən yerləri bərpa etmək asan deyil. Buna görə də doğru qərar deyildi, amma təkərlər haqda çox şey öyrəndik. Bu da bizi əsas yarış üçün yaxşı vəzityətə gətirir. Əsas hədəf də budur. İndi əsas yarışa köklənmək vaxtıdır”.