F-1.az xatırladır ki, britaniyalı sürücü Fransadakı sıralanma turunda 5-ci olub.
Lando Norris: “Bizim üçün yaxşı gün oldu. Sıralanma turundan əvvəl nə olacağını bilmirdik, çünki son sessiyaya çıxmaq bizim üçün real görünmürdü. Xoşbəxtəm. Son sessiyadakı dövrəm poul dövrəsi kimi idi. Başqa seriyada bu dövrəni vursam, poul qazanardım, amma burada 1.1 saniyə geridəyəm.
Komanda əla işlədi və mən də maşından maksimumu çıxardım. Ümid edirəm ki, yarışda da güclü olarıq”.