F-1.az xatırladır ki, britaniyalı sürücü Emiliya Romanya yarışında üçüncü olaraq podiuma çıxıb. O, mövsümü üç əsas komandanın sürücüsündən sonra 7-ci yerdə bağlayıb.
Lando Norris: “Mənim komandam üçün podiuma çıxmaq çox əhəmiyyətlidir. Bir mövsümdə bir podium bizim üçün yetərli deyil, çünki bir dəfə üçlüyə düşəndə özünüzü şanslı hiss edirsiniz. Orada olmağa layiq performans göstərməliyik.
İmolada podiuma layiq idik, amma tempimiz zəif idi”.