F-1.az xatırladır ki, McLaren komandası gələn mövsüm altıillik fasilədən sonra yenidən Mercedes motorlarına qayıdacaq. Britaniya komandası bu müddətdə 3 il Honda, 3 il isə Renault mühərriklərindən istifadə edib.
Lando Norris: “Yeni motorlara keçmək üçün səbirsizlənirik. İnanırıq ki, bu bizi bir addım qabağa aparacaq. Amma ön qrupa çatmaq üçün bəs etməyəcək. Buna görə də ancaq mühərriyə güvənə bilmərik. Şassini də təkmilləşdirməliyik. Formula1-də maşını sürətləndirmək üçün çox şeyə fokuslanmalısınız. Mühərrik yüzlərlə faktordan biridir. Lakin bizə kömək edəcək. Buna baxmayaraq, indi bu mövsümə fokuslanmalıyıq və gələn ili gözləməliyik”.