F-1.az xatırladır ki, britaniyalı sürücü daha əvvəl bir dəfə Sinqapurda yarışıb və xal qazanıb.
Lando Norris: “Bu il təqvimə qayıdan Sinqapurda yarışacağım üçün sevincliyəm. Bu, Marina Baya ikinci səyahətimdir və yenilənmiş asfaltda sürmək üçün səbirsizlənirəm. Bu trasın tayı bərabəri yoxdur. 2019-cu ildə burada xallar qazandım və bu uğurumu yaxşılaşdırmaq istəyirəm”.