F-1.az xatırladır ki, britaniyalı sürücü Avstriya yarışına üçüncü yerdə başlayıb və bir ara 5-ci pilləyə qədər geriləsə də, təslim olmayıb və karyerasının ilk podiumunu əldə edib.
Lando Norris: “Deməyə söz tapmıram. Bəzi anlarda işləri korladım və son dövrələrdə beşinci yerdə idim. Hətta, Karlos da məni keçmək istəyirdi. Təslim olmadım və Peresi qabaqladım və podiuma yüksəldim. Əlimdən gələni etdim. Hazırda nəfəsim kəsilsə də, xoşbəxtəm. Bu uğuru qazandığımçün özümlə də, komandamla da fəxr edirəm.
Son dövrələrdə Lyuisin cəzası barədə mənə məlumat veriləndə bilirdim ki, sürətlənməliyəm. Belə də etdim. Son üç dövrəm çox çətin idi. Təkərləri bloklasam da, sonda bunu kompensə edə bildim”.