F-1.az xatırladır ki, McLaren mövsümə gözlənildiyi kimi başlaya bilməyib və britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda 11-ci olub.
Lando Norris: “Hazırdakı vəziyyətimizi qəbul etmək çətin olsa da, reallıq budur. Komandalar artıq bir-birlərinə daha yaxındır və çox rəqiblə mübarizə aparmalıyıq. Wiliams, Haas və Alfa Romeo-nun inkişafı işimizi lap çətinləşdirdi.
11-ci yer hazırda yaxşı nəticədir. Stroll-dan 0.15 saniyə geridə olsam da, onun daha artıq potensialı olduğu məlum idi. Boliddən maksimumu aldıq”.