F-1.az xatırladır ki, Norris keçən həftə Belçika Qran Prisinin birinci sərbəst yürüşlərində McLaren-in sükanı arxasına keçib və Stoffel Vandornu qabaqlayıb.
McLaren komandasının idman direktoru Jil de Ferran britaniyalı sürücüyə təriflər yağdırıb: “Əla iş gördü. Vəziyyətə tez uyğunlaşır. Bunu testlərdə də, burada da gördüm. Onun performansını görmək üçün şans verdik. O da tez uyğunlaşdı və tez sürətləndi. Səhv eləmədi. Montsada da istedadını göstərmək üçün şansı olacaq”.