F-1.az bildirir ki, britaniyalı sürücü Macarıstan yarışından sonra bolidi sökməkdə mexaniklərə kömək etmişdi.
Lando Norris: “Ardıcıl yarışlar sürücülər üçün pis deyil. Biz bolidi sürərkən mexaniklərdən və mühəndislərdən az iş görürük. Düzünü desəm, yarışdan sonra özümü yorğun hiss etmirəm. Amma mühəndislər və mexaniklər üçün vəziyyət fərqlidir. Çünki trasda ən çox iş görən onlardır. Bolidin yaxşı işləməsində onların təsiri böyükdür. Onlar bizim ötmə etməyimizə kömək edirlər və yaxşı pit-stopla bizə vaxt qazandırırlar. Yaxşı pit-stop hesabına yaxşı yer tuta bilərik. Onlara yaxşı baxmalıyıq”.