F-1.az xəbər verir ki, bu gün Norris komandanın o qədər də pis vəziyyətdə olmadığını deyərək azarkeşləri ruhlandırmağa çalışıb.
Lando Norris: “Mən o qədər də pis olduğumuzu düşünmürəm. İstədiyimiz qədər güclü olmaya bilərik, amma maşınımız insanların düşündüyü qədər pis deyil. Bununla belə, nəticə çıxarmağa tələsmək istəmirəm, çünki birinci yarış başa çatana qədər gözləmək lazımdır.
Komanda maraqlı yeniliklər hazırlayır – mən onları səbirsizliklə gözləyirəm. Yenilənmələrin lazım olduğu kimi işləməsini təmin etmək üçün hələ də görüləsi işlər var. Qarşıda uzun bir mövsüm var, ona görə də baş verəcəkləri səbirsizliklə gözləyirəm.
Mən şadam ki, biz trasa qayıdırıq – ən vacibi budur. Test etmək həmişə əladır, lakin sıralanma və yarışın daxil olduğu həftəsonunda iştirak etmək daha xoşdur. Hansı mövqedə olduğumuzu bilmirəm, amma inanıram ki, biz liderlərlə bir səviyyədə deyilik. Bununla belə, ümid edirəm ki, xallar üçün mübarizə apara bilərik – bu, komandanın bu həftəsonu üçün məqsədidir”.