O.Piastri: Maşın raket kimi idi

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, sıralanma turunun ikinci və üçüncü sessiyasında maşın raket kimi olub.

F-1.az xatırladır ki, McLaren-in debütant sürücüsü Britaniyadakı sıralanma turunda üçüncü olaraq, karyerasının ən yaxşı start mövqeyini qazanıb.

Oskar Piastri: “Çox xoşbəxtəm. Bu necə sessiya idi. Birinci sessiyada az qala uduzacaqdım, amma ikinci və üçüncü sessiyada maşın raket kimi idi. Çox yaxşı dövrə vurdum. Yəni ki, komanda üçün əla nəticə əldə etdik. İkimizin də yaxşı yerdən başlaması gözəldir. İndi əsas məqsəd sabah burada qalmaqdır.

Dünən bir az çətin keçdi. Məncə, göründüyümüzdən bir az sürətli idik, amma bolidi işlətməkdə çətinlik çəkdik. Bu gün bu işi daha yaxşı bacardıq. Bundan başqa belə hava şəraitində həmişə güclüyük. Barselona, Kanada və Monakoda da belə idi. Amma son sessiyada bunu bacarmaq əla idi. İkimizin də maşınında yeniliklər var və çox yaxşı işləyirlər. Mövsümün əvvəlindən indiki nöqtəyə gəldiyimiz üçün komandama təşəküür edirəm. Bu doğru yöndə atılmış addımdır”.

Qeyd edək ki, McLaren komandası Kanada yarışında yenilikləri ancaq Lando Norrisə vermişdi. Britaniyada isə hər iki sürücü də yeniliklərdən istifadə edə bilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*