L.Norris: Maksimum nəticə qazandıq

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, sıralanma turundan maksimum nəticə alıblar.

F-1.az xatırladır ki, britaniyalı sürücü İtaliyada sıralanma turunda 7-ci olsa da, öndəki pilotların cərimələnməsi ilə sabahkı yarışa 3-cü yerdən başlayacaq.

Lando Norris: “Bu gündən razıyam. Maksimum nəticə əldə etdik. Mercedes-i qabaqlamağa yaxın idik, amma sonda geridə qaldıq. Yenə də fərq böyük deyil. Öndəki rəqiblərimizin cərimələnməsi ilə daha yaxşı yerdən start alacağıq. Ümid edirəm ki, yaxşı xallar qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*