F-1.az xatırladır ki, McLaren və Williams komandaları Britaniya Qran Prisinin sıralanma turunda hamını təəccübləndiriblər.
McLaren komandası sıralanma turunda əla performans göstərib və Norrislə Piastri müvafiq olaraq iki və üçüncü yerləri tutublar.
Lando Norris sözünə zarafatla başlayıb: “Mak həmişə hər şeyi məhv edir.
sözün açığa çox xoşbəxtəm. Buradakı azarkeşlərə təşəkkür edirəm. Bizim üçün xüsusi gün idi. Sabahı səbirsizliklə gözləyirəm. Son sessiyadakı son cəhdim doğrudan da yaxşı idi. Son dövrəmdə radiodan Zek Braunun səsini eşitmək isə çox gözəl idi.
Qazandığımız nəticələr çox işləməyimizin bəhrəsidir. Xüsusən də burada, ev yarışımda… Bu gen bundan yaxşı nəticə qazana bilməzdik. Hamıya təşəkkür edirəm. Bu mənim üçün əla nəticədir. Amma komanda olaraq ikinci və üçüncü olmaq bizim üçün çox əladır”.