F-1.az xatırladır ki, britaniyalı sürücü Almaniya yarışına 16-cı yerdən başlayacaq. O, 0.055 saniyə fərqlə ikinci sessiyaya çıxa bilməyib.
Lando Norris: “Çox vaxt itirmədim. Çox xırda səhvlər mənə baha başa gəldi və ikinci sessiyaya çıxa bilmədim. İlk dəfə komandamı pis vəziyyətdə qoydum. Bolid daha yaxşı yerə layiq idi. Yarışda yaxşı performans göstərməliyəm”.