F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, finişə ikinci yerdə çatıb. Beləliklə, Lando Norris bu il dördüncü dəfə podiuma yüksəlib. Lakin o, 53 dövrəlik yarışda Maks Ferstappendən 20 saniyəyə qədər geridə qalıb.
Lando Norris: “Bizim üçün əla gün idi. İkinci və üçüncü olduq. Bundan artığını istəyə bilməzdim. Komanda əla işlədi. Startım yaxşı idi. Az qala Maksı da keçirdim, ancaq Maks həmişəki kimi Maksdır. İkinci döngədə çox şansım olmasa da, sınadım.
Ancaq bugünkü performansımız əvvəlkilərə nisbətən çox güclü idi. Bəli, Maksa yaxın da deyilik, amma çox uzaqda da deyilik. Buna görə də əla gün idi. Oskara görə də sevinirəm. Formula1-dəki ilk podiumunu qazandı. Təbrik edirəm.
Əlimizdən gələni edəcəyik və hədəflədiyimiz yerə çatacağıq. Mövsüm ərzində göstərdiyimiz performans çox möhtəşəmdir. Dediyim kimi komandamla və həftəsonu göstərdiyimiz performansla qürur duyuram. Çətin dövrlər də olacaq, amma addım-addın inkişaf edirik. Oskar ilə ikili podium qazandıq. Buna görə gözəl gündür”.