F-1.az xatırladır ki, britaniyalı sürücü Türkiyədə ikinci dəfə yarışacaq.
Lando Norris: “Son yarışdakı uğursuzluqdan sonra yarışa qayıtmaq üçün səbirsizlənirəm. O vaxtdan simulyatorda çoxlu işləmişəm və Rusiyadakı təcrübəmdən dərslər çıxarmışam. Yenidən trasa qayıtmağa hazıram.
Türkiyə əsl sürücülərin trasıdır və yenidən oraya getdiyimiz üçün sevinirəm. Oradakı azarkeşlər çox istəklidirlər və onları görmək gözəl olacaq. Hər iki çempionatda da yaxşı xalalr almaq üçün əlimizdən gələni edəcəyik”.