F-1.az xatırladır ki, britaniyalı sürücü sonuncu Yubiley Qran Prisində 10-cu yeri tutub və 1 xal qazana bilib.
Lando Norris: “Keçən yarış çox çətin oldu, amma Barselonadakı yarışa hazıram. Kataloniya trasında aşağı və yüksək sürətli döngələrin qarışığı var. Xüsusən də, avqustun istisində bizi çətin yarış gözləyir. Komanda olaraq ən yaxşı performansımızı göstərməliyik.
Mövsümöncəsi testlər İspaniyada idi, ancaq o gündən sonra bütün maşınlarda çox şey dəyişib. Buradakı yarış bizə fevraldan bəri nə qədər inkişaf etdiyimizi göstərəcək.