F-1.az xəbər verir ki, komanda Melburnda və Bakıda xallar qazansa da, Mayamidə buna nail olmayıb.
Lando Norris: “Ardıcıl üç mərhələdən ibarət seriyaya start verəcək İmola yarışını səbirsizliklə gözləyirəm. Sürətli və texniki bir yol var və ona düzgün yanaşma tapmaq çətin ola bilər. Eyni zamanda, bir sıra xarakterik xüsusiyyətlərə malikdir, bunun sayəsində orada sürmək maraqlı və əyləncəlidir.
Mayamidə nəticələr gözlədiyimizdən də pis oldu, lakin İmolada biz keçmişdə yaxşı çıxış etmişik və iki il dalbadal podiumda olmuşuq. Bu mövsüm ilk üçlükdəki yerlər uğrunda mübarizə aparmasaq da, bu italyan yarış trası ilə bağlı xoş xatirələr var.
Qarşıdan gələn həftəsonuna yaxşı hazırlaşdığımı hiss edirəm: simulyatorda məşq etdim, Uokinqdə komandanın bazasında bir qədər vaxt keçirdim və indi tez trasa çıxmaq və hücuma keçmək istəyirəm”.
Qeyd edək ki, Landonun aktivində cari mövsümdə 10 xal var və komanda yoldaşını 6 xalla qabaqlayır. İmola gənc sürücü üçün əlamətdar trasdır, çünki o, keçən mövsüm yeganə podiumunu məhz burada üçüncü yeri tutaraq qazanmışdı.