L.Norris ikinci yerdən razıdır.

McLaren komandasının sürücüsü Lando Norris ikinci yerdən razıdır. 

F-1.az xatırladır ki, britaniyalı sürücü Niderlandda indiyə kimi yaxşı çıxış edib və ikinci sərbəst yürüşlərdə 1-ci olub. O, sıralanma turunda da son dövrəyə kimi poul uğrunda mübarizə aparıb.

Lando Norris: “Hələ də xoşbəxtəm. Komanda əla işlədi. Xaotik sıralanma turu idi, amma yenə də ikinci yeri tuta bildik. Sıralanma turu şəraitdən asılı okmayaraq həmişə stressli olur. Amma bu gün hər şey çox çətin idi. Son dövrəmin ilk hissəsi yaxşı idi, ikinci hissəsi isə karyeramın ən pis dövrələrindən biri oldu.Bütün problemlərə baxmayaraq, belə hava şəraitini həmişə sevirəm.

Performans cəhətdən çox yaxşı idik. Təkər performansı da çox yaxşı idi. Düzdür, görüləcək işlər var. Ən rahat olmasa belə, yetərincə yaxşı gün idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*