L.Norris: Hisslərim qarışıb

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, çətin keçən cümə günündən sonra fikirləri qarışıb.

F-1.az xatırladır ki, sürücülər Bəhreyndə həm builki, həm də gələnilki təkərlərlə test ediblər. Lakin əksəriyyət Bəhreyndə davamlı zəifləyən zaman nəticələrindən narazı qalıb.

Lando Norris: “Hisslərim qarışıqdır. Mənim üçün çətin gün idi. Səbəbini bilmirəm və araşdıracağıq. Birinci sərbəst yürüşlər çətin idi. Çünki çox təkəri sınaqdan keçirdik və tempi tuta bilmədim. Bolidə güvənə bilmirəm. Lakin üçüncü sərbəst yürüşlərdə bunu həll edə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*