L.Norris: Hər şey yaxşıdır

Testlərin ilk günü McLaren üçün problemsiz ötüşməyib və nahardan sonra işləməli olan Lando bir saat vaxt itirib.

F-1.az bildirir ki, britaniyalı sürücü vaxt itkisinə görə 40 dövrə ilə kifayətlənməli olsa da, ən sürətli beşinci nəticəni göstərib.

Lando Norris: “İlk gün yaxşı keçdi. Sükan arxasına qayıtmaq, dövrələr vurmaq və maşının necə olduğunu görmək xoşdur – bütün bunlara görə şadam. Sessiyanın bizim üçün problemsiz keçdiyini deyə bilmərik, lakin növbəti iki gündə daha çox işləyərək bunu kompensaiya edə bilərik. Yenə də əsas elementlərin əksəriyyətini yoxlaya bildik.

Bir neçə xırda şeyi düzəltdikdən və optimallaşma işləri apardıqdan sonra maşında özümü daha rahat hiss edirəm. Hər şey yaxşı gedir və yenidən maşını sürməyi gözləyirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*